Xəbərlər
Prezident İlham Əliyev Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon (iki milyon bir yüz min) manat ayrıldı.