YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Ölkəmizdə aparılan sosial siyasətin mühüm komponentləri sırasında layiqli əməyin təminatı mühüm yer tutur

«Ölkəmizdə aparılan sosial siyasətin mühüm komponentləri sırasında layiqli əməyin təminatı mühüm yer tutur». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ötən müddətdə əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi işlərində bu amil diqqətdə saxlanılır. Onun sözlərinə görə, layiqli əmək sosial-iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir.

«Əməyin təminatı hər bir ölkə üçün sosial-iqtisadi inkişafın əsas göstəricilərindən biridir. Ölkəmizdə sosial tərəfdaşlıq müstəvisində aparılan işlərin mühüm bir istiqaməti işçilərin əməyinin təmin edilməsinə yönəldilir. Bu sosilyönümlü dövlətlər üçün mühüm amildir»- deyə, komitə sədri vurğulayıb.