YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: “Formula-1” yarışları ölkə reallıqlarının təbliği baxımından da müstəsna əhəmiyyət kəsb edəcək

«Azərbaycanda iyunun 17-19 tarixində “Formula-1” yarışları keçiriləcək. Əlbəttə, bu yarışların keçirilməsi hüququnun iqtisadi cəhətdən güclü, siyasi cəhətdən sabit və təhlükəsiz, infrastruktur baxımından müasir ölkələr sırasında olan Azərbaycana, dünyanın idman mərkəzlərindən biri kimi tanınan Bakıya etibar edilməsi qanunauyğun haldır». Bu fikirləri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, 21 ölkənin ev sahibliyi etdiyi “Formula-1” yarışlarında səkkizinci Avropa Qran-prisi qeyri-adiliyi ilə seçiləcək. Onun sözlərinə görə, yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək paytaxtımızın qədim incisi olan “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr edəcək.

«Əlbəttə, “Formula-1”in ən yeni şəhər trekinin UNESCO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, Alov Qüllələrinin və Dənizkənarı Parkın trekin ətrafında yerləşməsi bu yarışın böyük maraq və zövqlə izləniləcəyini deməyə əsas verir. Bütövlükdə, kifayət qədər böyük teleauditoriyaya malik olan “Formula-1” yarışları həm də ölkə reallıqlarının təbliği baxımından da müstəsna əhəmiyyət kəsb edəcək. Bu, həm də beynəlxalq təbliğat üçün əhəmiyyətli zəmin yaradacaq»- deyə, A.Abiyev vurğulayıb.