Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Xalq Partiyasının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizi qəbul edib.
Görüşdə Azərbaycanın Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığının inkişafından məmnunluq ifadə olundu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.