YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: İnsan hüquqlarının qorunmasını əlində bayraq edənlər milyondan çox vətəndaşın hüquqlarının pozulmasına qiymət vermirlər

Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin ali məqsədidir. /Trend/

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Milli Məclisdə keçirilən "18 - Azərbaycanda insan hüquqları gününə həsr olunmuş dinləmələrdə" deyib.

Ə.Həsənov bildirib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, həm də hüquq və azadlıqlarının etibarlı təminatı üçün imkandır:

"Azərbaycanda dövlət müstəqiliyinin ilk illəri insan hüquqlarının kütləvi şəkildə pozulması müşahidə olunurdu. Belə ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edirdi və havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etmişdi. Bununla da 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınmışdı. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər milyondan çox vətəndaşın hüquqlarının ən kobud şəkildə pozulmasına bir qiymət vermirlər".