Xəbərlər
Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək

Bu gun saat 16:50-dən etibarən Formula 1 şəhərciyinin səhnəsində Avropa Qran Prisində iştirak edən pilotların avtoqraf sessiyası təşkil olunacaq.
Trend-ə Bakı Şəhər Halqasından (Baku City Circuit) verilən məlumata əsasən, növbəti avtoqraf sessiyaları yarış həftəsonunun hər bir günündə müxtəlif komandaların iştirakı ilə yenə eyni yerdə keçiriləcək.