Xəbərlər
Fransa Prezidenti Fransua Olland: Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı bütün sahələrdə davam edib
Fransa Respublikasının Prezidenti Fransua Olland Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ötən illərdə olduğu kimi, bu il də Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı bütün sahələrdə davam edib. Tezliklə Bakıda açılacaq Fransız Azərbaycan Universiteti buna bariz nümunədir. Mən buna şadam və arzu edirəm ki, ölkələrimizi birləşdirən tərəfdaşlıq əlaqələri daha da dərinləşsin və müxtəlif sahələri əhatə etsin.
Bu xoş fürsətdən istifadə edərək Sizi əmin edirəm ki, Minsk qrupunun həmsədri kimi Fransa rusiyalı və amerikalı tərəfdaşları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.”