Xəbərlər
Azərbaycanda səyyar kənd təsərrüfatı sərgiləri təşkil ediləcək

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 22 bölgəsində səyyar sərgilər təşkil etməyi planlaşdırır.
Bunu Kənd təsərrüfatı naziri Heydər Əsədov 22-ci Azərbaycan Beynəlxalq "Qida sənayesi" və 10-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgilərinin açılışında deyib.
Onun sözlərinə görə, bu, bölgələrdə yaşayan əhaliyə Azərbaycanın və digər ölkələrin kənd təsərrüfatı sahəsində nailiyyətləri ilə yaxından tanış olmağa kömək edəcək.