Xəbərlər
AMEA-nın 3 yeni institutu yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının 3 yeni elmi müəssisəsi - Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu yaradılacaq.
Akademiyadan verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında yaradılması nəzərdə tutulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu haqqında məlumat verilib.
AMEA rəhbəri alimlərimizin şərəfli əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəhbərliyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin inkişafı naminə akademiyaya hər cür qayğı göstərildiyini diqqətə çatdırıb, elmi ictimaiyyət adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.