YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Üç ölkənin müdafiə nazirlərinin görüşlərinin davamlı olaraq keçirilməsi önəmlidir

«Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli görüşünün keçirilməsinin böyük əhəmiyyəti var». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov  bildirib ki, belə görüşlərdə çox ciddi məsələlər müzakirə olunur. Onun sözlərinə görə, regionda təhlükəzliyin qorunması baxımından belə görüşlər vacibdir.

«Bundan əvvəlki  görüş Tbilisidə keçirilmişdi və həmin görüşlərdə də ciddi məsələlər müzakirə olunmuşdu. Qəbələ keçirilən görüşdə də regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistanın işğalçılıq siyasəti də diqqət mərkəzində olub. Çünki ermənilər hər üç ölkəyə qarşı iddialarla çıxış edir. Bu məsələnin də diqqət mərkəzində olması çox müsbət haldır. Əslində, üç ölkənin müdafiə nazirlərinin görüşü və bunun gələcəkdə də davamlı olması işğalçı Ermənistan üçün xəbərdarlıq olmalıdır. Yəni erməni tərəfi bölgədə sabitlik və təhlükəsizliyə hər hansı bir yeni təhdidlər yaradarsa bu onlar üçün yaxşı nəticə verməyəcək. Həmçinin, belə görüşlərin davamlı olaraq keçirilməsi önəmlidir»- deyə, E.Məmmədov qeyd edib.