Xəbərlər
İsa Həbibbəyli: Elm ictimaiyyəti qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışır
«Prezident İlham Əliyevin humanitar və ictimai elmlərin qarşısında qoyduğu ən mühüm məsələlərdən biri Azərbaycanda müstəqillik dövrünün öyrənilməsidir». Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, bu çağırış elmi ictimaiyyətin diqqətini müstəqillik dövrünün problemlərinə, onların öyrənilməsinə yönəldən əhəmiyyətli bir məsələdir. Onun sözlərinə görə, Azərbaycan elminin inkişafı dövlətin diqqət mərkəzindədir.
«Elm ictimaiyyəti qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Dövlət tərəfindən bu yöndə geniş imkanlar yaradılıb. AMEA-nın maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətindlə vacib addımlar atılır. Hesab edirəm ki, elmin inkişafı baxımından bu amil böyük önəm kəsb edir»- deyə, akademik vurğulayıb.