Xəbərlər
Azərbaycanın Baş naziri Artur Rasizadə Tbilisidə səfərdədir
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti mayın 16-da Gürcüstana səfərə gəlib. Şota Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda Artur Rasizadəni Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.