YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi çox vacibdir

«Səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi çox vacibdir». Bu fikri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, hər hansı ölkədə səhiyyənin inkişafında  icbari tibbi sığortanın tətbiqi müstəsna rol oynayır. Onun sözlərinə görə, ölkəmizdə də icbri tibbi sığortanın tətbiqi bu sahənin inkişafına ciddi təsir göstərəcək.

«Azərbaycanda icibari tibbi sığorta sisteminin reallaşmasına ümidimiz çox böyükdür. Hökumət tərəfindən bu istiqamətdə ciddi işlər gedir. Dövlət başçısının sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorat üzrə Dövlət Agentliyi  yaradılıb və qurum uğurla fəaliyyət göstərir. Artıq qurumun kadr potensialı formalaşıb, burada icbari tibbi sığorta sistemi ilə bağlı beynəlxalq təcrübə öyrənilir və s. Yəni agentlik səhiyyədə bu sistemin tətbiqi ilə əlaqədar çox ciddi işlər görür. İnanırıq ki, bu işlər öz bəhrəsini verəcək və səhiyyəmizdə icbari tibbi sığorta sistemini tətbiq edərək onun müsbət nəticələrini görəcəyik»- deyə, komitə sədri vurğulayıb.