Xəbərlər
Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinə 5 milyon manat ayrılıb
Azərbaycan Respublikası Prezidenti İlham Əlıyev mayın 12-də Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.