Xəbərlər
Hicran Hüseynova: “Azərbaycan ailəsi Strategiyası” hazırlanır
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində "Azərbaycan ailəsi Strategiyası" hazırlanır.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, sənəd ölkədə ailə institutunun möhkəmlənməsinə səbəb olacaq: "Bu sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb".