Xəbərlər
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə, İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm”.