YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Səhiyyə sahəsi ilə bağlı bir sıra qanunlar üzərində təkmilləşdirmə işləri aparılır

«Parlamentin Səhiyyə komitəsi əhalinin  sağlamlığının qorunması istiqmətində zəruri qanunvericilik işləri həyata keçirməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, parlamentdə belə bir komitənin yaradılması dövlətimizin  əhalinin sağlamlığının qorunmasına verdiyi önəmin göstəricisidir.

«Bu sahədə böyük işlər aparılır, səhiyyə sistemində  islahatlar davam edir. Təbii ki, səhiyyə ilə bağlı qanunlar da bu islahatlar aadekvat olmalı, müasir dövrün tələblərinə cavab verməlidir. Komitəmizin üzvləri yüksək səviyyəli mütəxəssislərdir, onlar bu sahənin inkişafı ilə bağlı vacib təşəbbüslərlə çıxış edirlər. Artıq yaz sessiyası dövründə bir sıra qanunları müzakirə etmişik. Hazırda da bəzi qanunlarla bağlı təkmilləşdirmə işləri aparılır. Belə ki, «Əhalinin sağlamlığının qorunması haqqında», «Reproduktiv sağlamlıq haqqında», «Psixoloji yardım haqqında» qanunlar  üzərində ciddi işlər gedir. Bu işlər başa çatdıqdan sonra parlamentin müzakirəsinə təqdim olunacaq»- deyə, komitə sədri vurğulayıb.