YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Sekuta: Amerika şirkətləri “Şərq-Qərb” multimodal dəhlizi üzrə əməkdaşlıqda maraqlıdırlar

Amerika şirkətləri “Şərq-Qərb” multimodal dəhlizi (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, TRACECA) üzrə əməkdaşlıqda maraqlıdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, Amerika şirkətləri nəqliyyat sahəsindəki tikinti işlərində və bu sektor üçün proqram təminatının yaradılmasında böyük uğurlar qazanıblar: “Biz bu iki istiqamət üzrə layihələrdə Azərbaycana kömək etməyə və iştiraka hazırıq”, - deyə səfir vurğulayıb.