Xəbərlər
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşelərinin cəbhəboyu zonaya səfəri başlayıb
Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri başlayıb.
Əvvəlcə Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor bombası atdığı əraziyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 11 ölkədən 20-dək hərbi attaşe iştirak edir.