Xəbərlər
Məmməd Məmmədov: Xalqımızın dünyada tanıdılmasında Heydər Əliyevin müstəsna tarixi xidmətləri var
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və Ümummilli Lideridir. Dövlətimizin və xalqımızın dünyada tanıdılmasında Heydər Əliyevin müstəsna tarixi xidmətləri olub.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Böyük Vətən müharibəsi veteranı Məmməd Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın rifahı və tərəqqisi naminə gördüyü işlərdən söhbət açan M.Məmmədov bildirib ki, hazırda xalqımız Heydər Əliyevin bu tarixi xidmətləri nəticəsində rahat və firavan yaşayır.
Müharibə veteranı onu da vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə apardığı məqsədyönlü islahatlar, uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında özünəməxsus yeri vardır.
Ölkəmiz bu sahədə liderliyini hər zaman qoruyub saxlayacaq.