YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycanda elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin

«Azərbaycan xalqının XX əsrdə dünya ictimai-siyasi fikrinə bəxş etdiyi görkəmli siyasi xadim Heydər Əliyevin fəaliyyəti olduqca çoxşaxəli, zəngin təmayüllü olmuşdur. Müasir Azərbaycanın ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, bu dahi şəxsiyyətin titanik fəaliyyəti ən müxtəlif aspektlərdən öyrənilməli, fərqli istiqamətləri ayrılıqda təhlil obyektinə çevrilməlidir. Onun fikrincə, bu baxımdan Heydər Əliyev irsi müasir şəraitdə xüsusi aktuallıq kəsb edir.

«Dünya miqyasında tanınmış şəxsiyyət olan Heydər Əliyevin dövlət siyasətində mədəni quruculuq olduqca mühüm istiqamətlərdən birini təşkil etmişdir. Biz Onun fəaliyyətində istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik illərində mədəniyyət siyasətinin xüsusi əhəmiyyətə malik olduğunun şahidi oluruq. Dünya mədəniyyətinin zəngin nümunələri ilə yaxından tanış olan, onları professional mütəxəssis səviyyəsində qiymətləndirməyi bacaran dahi öndər hər bir xalqın milli mədəniyyətinin həmin xalqın milli sərvəti, ali dəyəri olduğunu vurğulayırdı. Bu gün Azərbaycanda dahi öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mədəni müxtəlifliyin qorunması və inkişafı dövlət səviyyəsində həyata keçirilən multikulturalizm konsepsiyası işığında uğurla gerçəkləşməkdədir. Bu siyasətin reallaşmasında Azərbaycan Milli Elmlər Akademiyası da öz intellektual potensialı ilə fəal iştirak etməkdədir. Bütün sahələrdə olduğu kimi, bu sahədə də ən mötəbər mövqe elmin mövqeyidir. Bunu həm də müasir dünyanın reallıqları tələb edir. İndi həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə planetin təhlükəsizliyi və davamlı inkişafı baxımından intellektual sərvətin rolu, mövqeyi və əhəmiyyəti əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edir. Bəşəriyyətin qarşısına təhlükəsizlik və davamlı inkişafla bağlı elə problemlər çıxmışdır ki, onları dialoq əsasında müzakirə etməmək və beynəlxalq miqyasda səfərbər olunmuş ümumbəşəri intellekt hesabına qarşısını almamaq təkcə gələcək inkişafı deyil, sosial və bioloji mövcudluğun özünü şübhə altına alır. Bu əsrdə informasiya texnologiyaları, insan beyni və qəlbini fəth edən nəzəri-ideoloji və kommunikativ sistemlərin yaradılması, enerji təhlükəsizliyi, fərd-cəmiyyət münasibətlərinin görünməmiş bağlılığını təmin edən idarəetmə texnologiyalarının hazırlanması və aksioloji dəyərlərin aparıcılığı ön plana çıxmaqdadır»- deyə, AMEA prezidenti vurğulayıb.