Xəbərlər
“Frankfurter Allgemeine Zeitung”: Dağlıq Qarabağ və ətraf rayonlar işğal edilib
Almaniyanın ən böyük tirajlı qəzetlərindən olan “Frankfurter Allgemeine Zeitung” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair “Təhlükəli qara bağ” başlıqlı məqalə dərc edilib.
Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağ və ətraf rayonlar erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
Bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş şəhər və rayonlarının adları dəyişdirilib. Rəsmi Yerevan Xankəndidə mövcud olan marionet qurumun danışıqlarda tərəf olmasını tələb edir. Mülayim, anti-militarist səslər isə mühüm KİV-lərə çıxa bilmir. Məqalədə vurğulanır ki, Ermənistan parlamentində yaxınlarda atom bombası hazırlayaraq Bakıya atmaq təklifi səslənib.
Məqalədə, həmçinin vurğulanır ki, Ermənistanın prezident administrasiyası televiziyaya nəzarət edir, korrupsiya yüksək səviyyədədir. Sarkisyan ölkənin ən varlı adamlarından biridir. O, 2018-ci ildə prezident müddəti bitdikdən sonra baş nazir kimi hakimiyyətdə qalmağa can atır.