Xəbərlər
Almaniyalı velosipedçi “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun birinci mərhələsinin qalibi olub
“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun birinci mərhələsinin qalibləri məlum olub.
Mayın 4-də Bakıda, Dövlət Bayrağı Meydanında yarışların birinci mərhələsinə start verilib. 154 kilometr məsafə qət edən veloyürüşçülər Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçərək Sumqayıtda finişə çatıblar.
Bu mərhələdə qələbə sevincini Fil Bauxauz (Almaniya) yaşayıb. O, həm də göy, yaşıl və bənövşəyi maykaları əldə edib. Skott Sanderlen (“Tim İlluminati” ABŞ ) ikinci yeri, Luka Vakermann (NASR- Dubay) üçüncü yerləri tutublar. Malaziyalı velosipedçisi Zamri Saleh qırmızı maykanı əldə edib.
Sumqayıtın əsas meydanında qaliblərin mükafatlandırılması mərasimi olub. Mərasimdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın təşkilat komitəsinin başçısı Sahib Ələkbərov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.
“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunun birinci mərhələsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Qeyd edək ki, “Tour d'Azerbaidjan-2016” mayın 4-dən 8-dək keçiriləcək. Velosipedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 kilometrdən çox məsafə qət edəcəklər.