YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin təmsilçisi: Azərbaycan bizim üçün örnək və önəmli ölkədi

“Yeni İpək Yolu iqtisadi regionunda inklüziv və dayanıqlı sənaye inkişafının gücləndirilməsi: sənaye parkları, zonaları və şəhərlərinin potensialından istifadə” layihəsinin dəyəri hazırda 2 milyon avrodur. Lakin bu, başlanğıc məbləğdir.

Bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) nümayəndəsi Olqa Memedoviç jurnalistlərə bildirib.

“Bu vəsait İpək Yolu boyunca yerləşən ölkələr haqqında məlumat toplamaq və bu ölkələri bir-biri ilə əlaqələndirmək üçün sərf olunacaq. Gələcəkdə başqa ölkələrin də bu layihəyə cəlb edilməsi mümkündür. Bu layihəni hazırda maliyyələşdirən maliyyə təşkilatları var. Ancaq biz gələcəkdə beynəlxalq maliyyə institutlarını bu layihəyə cəlb edərək onu genişləndirəcəyik”, - deyə UNIDO nümayəndəsi diqqətə çatdırıb.

“Layihənin ilk iclasının Azərbaycanda keçirilməsi bu ölkənin bizim üçün örnək və önəmli olduğunu göstərir. Artıq Azərbaycan bu layihə çərçivəsində böyük tədbirlər görür, eyni zamanda, özəl sektorla bağlı dövlət siyasəti baxımından da bizim üçün örnək dövlətdir”, - deyə O.Memedoviç bildirib.