YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri sakinlərdə böyük ruh yüksəkliyi yaradıb

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin sakinləri ilə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb.

Ağdam rayonunun Mahrızlı kənd sakini Bakir Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Dövlətimizin başçısının cəbhə bölgəsinə səfər etməsi, kənd sakinləri ilə görüşməsi camaatda qələbəyə inamı da artırıb. Dövlətimizin başçısı bu səfəri ilə bir daha göstərdi ki, hər bir vətəndaşın Prezidentidir. Qayğımıza yüksək səviyyədə qaldığı üçün Prezidentimizə ürəkdən minnətdarıq”.

Kəndin digər sakini Allahverdi Məmmədov isə fikirlərini belə ifadə edib: “Prezident İlham Əliyevin belə çətin gündə görüşümüzə gəlməsi, xalqın yanında olması hər bir kənd sakininə böyük sevinc bəxş edib, toxtaxlıq verib. Biz tam arxayın olduq ki, işğal altındakı torpaqlarımız azad ediləcək. Prezidentimizlə qürur duyuruq. Allaha şükürlər olsun ki, belə enerjili, xalqını sevən, onun qayğısına qalan Prezidentimiz var”.

Qarabağ müharibəsi veteranı Sərdar İsmayılov Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfərinin sakinlərdə qələbəyə inamı, orduya güvəni daha da artırdığını deyib: “Ermənilərin kəndi artilleriya atəşinə tutmasına, evlərin dağılmasına baxmayaraq, biz ordumuza inanır və kəndi tərk etmirik. Ali Baş Komandan İlham Əliyevin bu səfəri ilə orduya, qələbəyə inamımız daha da artdı. Hamımız əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan tezliklə azad edəcəyik”.