YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan öz vəzifələrini və öhdəliklərini lazımi səviyyədə yerinə yetirir

«Azərbaycan heç kimə sübut etməli deyil ki, bizim nəyə haqqımız var və ya yoxdur. Bunu ancaq beynəlxalq hüquq müəyyən edir".  Bu fikirləri  Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bugün keçirilən iclasında deyib.

B.Muradova bildirib ki, hər bir ölkənin vəzifə və öhdəlikləri var. Onun sözlərinə görə, dövlətlərin iqtidarının ilk öhdəliyi xalqın təhlükəsizliyini təmin etməkdir. Azərbaycanın öz vəzifələrini və öhdəliklərini lazımi səviyyədə yerinə yetirdiyini deyən vitse-spiker qeyd edib ki, təkcə ölkədə deyil, eləcə də beynəlxalq aləmdə reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir.

«Bəzi hallarda onun ifadə, təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi hiss etməkdəyik. Bunu bizə iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar deyir. Xalqın özünə qayıtmış inamı, gücü əsas məsələdir. Belə olan halda, qarşıya qoyulan hədəflərə daha asan çatmaq olur. Cəbhə xəttində baş verən son hadisələrdə bunu bariz şəkildə görmək olar. Bu, təbii ki, orduya, dövlətə olan inamdır»- deyən B.Muradovanın fikrincə, Azərbaycandan beynəlxalq təşkilatlara edilən çağırışların ruhu fərqli olmalıdır. O deyib ki, biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli şəkildə təmin olunmasının tərəfdarıyıq. «Təbii ki, bunun içərisində Azərbaycanın milli maraqları da var.Bu sahədə olan fəaliyyətimizi daha da genişləndirməliyik. Bu məsələdə mətbuatın da üzərinə ciddi vəzifə düşür. Azərbaycan ordusu haqda məlumatları yalnız Müdafiə Nazirliyinin rəsmi mövqeyinə istinadən vermək lazımdır. Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, hərbçilərimizlə  görüşək. Bunları edə bilərik, amma bəlkə də bu günün vəzifəsi deyil. Düşünürəm ki, gücümüz çatan işlərlə məşğul olmalıyıq»- deyə, vitse-spiker vurğulayıb.