Xəbərlər
Mövlud Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağda vəziyyətin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid edir
Ankara Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət nəzərə alınmaqla həllinə ümid edir.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pekində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iştirakçı ölkələrinin nazirlər iclasında çıxış edərkən bildirib. /Trend/
O deyib: "Biz ümid edirik ki, Dağlıq Qarabağdakı vəziyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunacaq".