Xəbərlər
Robert Sekuta: Forumda cəmiyyətlər daxilində yaxınlaşma istiqamətində maraqlı müzakirələr aparılıb
Belə bir mötəbər Forumda iştirak etmək və müxtəlif səpkidə gedən müzakirələri dinləmək çox maraqlı idi.
Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində deyib.
Səfir bildirib ki, tədbirdə müzakirə edilən əsas məsələlərdən biri cəmiyyətin inklüzivliyinin artırılması idi. Forumda cəmiyyətlər daxilində yaxınlaşmanı təmin etmək istiqamətində çox maraqlı müzakirələr aparıldı. Müzakirələrin əsas mövzusu daha inklüziv və inkişaf etmiş cəmiyyətlərə təkan vermək olsa da, burada müxtəlif səpkidə digər mövzulara, o cümlədən gənclərin və qadınların cəmiyyətdəki roluna toxunuldu.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavabında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, ABŞ ATƏT-in həmsədr dövləti kimi münaqişənin həllinə çalışır və həmsədr Ceyms Uorlik bu istiqamətdə fəaliyyət göstərir.