YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan dövləti gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətlərinin təmin olunması üçün hər şəraiti yaradıb

«Azərbaycan dövləti gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətlərinin təmin olunması üçün hər şəraiti yaradıb». Bu fikri Milli Məclisin  Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Azərbaycan əhalisinin 28 faizini gənclər təşkil edir. Onun sözlərinə görə, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin etmək məqsədilə bir sıra dövlət proqramları həyata keçirilir.

«Dövlət gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” qanunda əksini tapır ki, burada da gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı, həmçinin gənc ailələrə dövlət yadımı nəzərdə tutulub. Ölkəmizdə 1997-ci ildən etibarən “Gənclər günü” qeyd edilir. Bu da biz gənclərin həyatında mühüm, əlamətdar hadisədir. Bir sözlə, Azərbaycan hökuməti daim gənclərin yanındadır, onların problemlərinin həlli üçün çalışır, cəmiyyətə inteqrasiyası üçün əlindən gələni edir.  Prezident İlham Əliyevin bu yöndə sərəncamları, fərmanları hər bir gənc tərəfindən yüksəkqiymətləndirilir»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv