Xəbərlər
Ottavada türklər və azərbaycanlılar qondarma "erməni soyqırımı"na etiraz yürüşü keçiriblər
Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumatda bildirilir ki, türklər və azərbaycanlılar bu ölkənin paytaxtında mitinq keçiriblər. Mitinq aprelin 24-də qondarma "erməni soyqırımı"nın ildönümü ilə bağlı ermənilərin Kanadanın paytaxtı Ottavada yürüşünə cavab olaraq təşkil edilib.
Məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu il türklər və azərbaycanlılar ilk dəfə Kanada Parlamentinin önündən Türkiyə səfirliyənədək yürüş ediblər.
Yürüşə yüzlərlə adam qatılıb.