YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin Azərbaycanın yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafında onun rolunu xüsusi qeyd etdi. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumuna toxunan dövlətimizin başçısı toplantıya artıq bir çox ölkələrdən qonaqların gəldiyini dedi və tədbirdə Fransanın geniş nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Forumun, eyni zamanda, ikitərəfli münasibətlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını vurğuladı. Dövlətimizin başçısı Jan-Fransua Manselin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi.

Fransa Respublikası Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel indiki mürəkkəb şəraitdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransa hökumətinin ədalətli mövqe nümayiş etdirməsi və Fransa ictimaiyyətinin Azərbaycanı daha yaxından tanıması istiqamətində işlər apardıqlarını dedi. Parlamentlərarası əməkdaşlığa toxunan Jan-Fransua Mansel Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə sıx dostluq və əməkdaşlıq əlaqələrini məmnunluqla qeyd etdi.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətindən danışıldı, Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişafından məmnunluq ifadə edildi və bu əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd olundu.