Xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd ediləcəkdir.