Xəbərlər
Frank-Valter Ştaynmayer: Status-kvo Qarabağda təhlükəsizliyə təminat vermir
ATƏT “üçlüyünün” Berlindəki görüşü başlanmazdan əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında barışığı alqışlayır. Bununla bərabər, Ştaynmayer vurğulayıb ki, status-kvo təhlükəsizliyə təminat verə bilməz.
Nazir Qarabağ böhranının həll edilməsi üçün ciddi danışıqlar aparmağa çağırıb.