Xəbərlər
Federika Moqerini: Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına əngəldir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerini Avropa Parlamentinin plenar iclasındakı çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həm münaqişə tərəflərinin, həm də bütün regionun inkişafına əngəldir. Siyasətçi deyib: “Cənubi Qafqaz Avropanın böhranlı regionudur”.
Moqerini bu məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılmasını təklif edib. O vurğulayıb: “Bu məsələnin müzakirə edilməsi məqsədəuyğundur, ona görə ki, Dağlıq Qarabağ hadisələri həlli uzanan münaqişələrin nə dərəcədə təhlükəli ola biləcəyini göstərdi”.