Xəbərlər
Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edildi.