YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Sevinc Fətəliyeva: Biz Prezident İlham Əliyevin timsalında əsl müstəqil, güclü və öz xalqının maraqlarını qətiyyətlə müdafiə edən ölkənin liderini gördük

«Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çox yüksək səviyyədə çıxış etdi. Dövlət başçımızın çıxışında Azərbaycanın inkişaf prosesləri, eləcə də dünyada baş verən hadisələrə yanaşması aydın şəkildə ifadəsini tapdı». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Prezidentimiz öz çıxışında, suallara verdiyi cavabında milli maraqlarımızı birmənalı şəkildə qorudu. Onun sözlərinə görə, bəzi dairələrin ölkəmiz haqda mənfi rəy yaratmaq cəhdlərinə dövlətimizin başçısı tutarlı cavab verdi.

«Prezidentimizin çıxışı və nümayiş etdirdiyi mövqe bizim üçün qürurvericidir. Biz Prezident İlham Əliyevin timsalında əsl müstəqil, güclü və öz xalqının maraqlarını qətiyyətlə müdafiə edən ölkənin liderini gördük. Təbii ki, Azərbaycanı güclü görmək istəməyən xarici qüvvələr var. Biz AŞPA-nın sessiyasının gedişi zamanı bir daha bunu müşahidə etdik. Təəssüf ki, erməni lobbisinin alətinə çevrilmiş azərbaycanlılar da var. Onların bu hərəkəti heç bir halda qəbulolunmazdır. Əgər onlarda milli heysiyyat varsa, işğalçı Ermənistanın rəhbərlərinin çıxışı zamanı belə aksiyalar keçirməli idilər. Lakin görünən odur ki, belələri üçün dövlət maraqları və milli heysiyyat yoxdur. Həmin «aksiya» iştirakçılarının hərəkəti Azərbaycan cəmiyyətində kəskin etirazla qarşılanır»- deyə, nümayəndə heyətinin üzvü vurğulayıb.