Xəbərlər
Müdafiə Nazirliyi “Facebook” istifadəçilərinə müraciət edib
Müdafiə Nazirliyinin mətbuat xidməti “Facebook” sosial şəbəkəsinin istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, artıq bir neçə gündür nazirliyin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin məlumatlarını ictimaiyyətə operativ şəkildə çatdırmaqdır.
Məlumatda deyilir: “Bununla yanaşı, “Facebook” sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır. Rəsmi olaraq bildiririk ki,https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir.
“Facebook” istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.