Xəbərlər
Düşmənin döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin atəş gücü vasitəsilə edilən həmlələr nəticəsində düşmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.