Xəbərlər
TAP kəmərinin inşasının başlama tarixi bilindi
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisinə başlanılması mərasimi mayın 17-də Saloniki şəhərində keçiriləcək.
Trend-in Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin ətraf mühit, energetika və iqlim dəyişikliyi naziri Panos Skurletis deyib.
Onun sözlərinə görə, mərasimdə bir sıra yüksəkvəzifəli şəxslər iştirak edəcəklər.
Qeyd edək ki, TAP Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.