Xəbərlər
Rusiyanın regional inkişaf naziri Azərbaycan şirkətlərinin rəhbərləri ilə görüşmüşdür
İyunun 24-də Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev ölkəsində layihələr həyata keçirən Azərbaycan şirkətlərinin rəhbərləri ilə görüşmüşdür.
Görüşdə İ.Slyunyayev Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdiyi layihələrin icrası ilə maraqlanmış, iş adamlarının istəklərini dinləmişdir. Görüşdə, həmçinin əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Diqqətə çatdırılmışdır ki, iki ölkənin qarşılıqlı ticarət əlaqələrində maşınqayırma, nəqliyyat, enerji, kənd təsərrüfatı sahələrini əhatə edən 500 şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırmışlar. Azərbaycanda isə Rusiya kapitalı ilə 70 şirkət fəaliyyət göstərir.