Xəbərlər
Qəbələ forumunun ikinci günü Azərbaycan ilə Rusiya arasında 10 sənədin imzalanması gözlənilir
Azərbaycanın Qəbələ şəhərində “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu işini davam etdirir.
Forumun ikinci günü iştirakçılar aqrar sahədə əməkdaşlığın genişlənməsinin, Azərbaycan ilə Rusiya arasında bank işi sahəsində qarşılıqlı əlaqələrin və sahibkarların əməkdaşlığının inkişafının əsas istiqamətlərini müzakirə edəcəklər.
Bu gün iki ölkənin hökumət qurumları və özəl şirkətləri arasında 10 sənədin, habelə Rusiya Federasiyasının bəzi subyektləri ilə sazişlərin imzalanması nəzərdə tutulur.