Xəbərlər
“TURAZ Şahini–2016” təlimlərində şərti terrorçuların mövqeləri məhv edilib

Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini–2016” birgə taktiki-uçuş təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə “F-16” qırıcı təyyarələri ilə şərti terrorçuların yerləşdiyi məkanların məhv edilməsi ilə bağlı əməliyyat keçiriblər.
Əməliyyat zamanı şərti döyüşə girən “F-16” qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Əməliyyat uğurla başa çatıb, şərti terrorçular və onların yerləşdikləri ərazi məhv edilib.
Təlimlər davam edir.