YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir: Ermənistan yenə də vaxtı uzadaraq problemin həllindən yayınır

2015-ci ildə Azərbaycanda Ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət yetilib. Bunu Azərbaycanın Baş naziri Artur Rəsi-zadə bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ı təqdim edərkən deyib.

A.Rəsi-zadə bildirib ki, bunun da səbəbi Dağlıq Qarabağ münaqişəsinin davam etməsidir.

Baş nazir qeyd edib ki, qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır və beynəlxalq qurumlar bu məsələdə hüquqa zidd mövqe tutub.

A.Rəsi-zadə deyib ki, bunu nəzərə alaraq Ordunun gücləndirilməsinə xüsusi diqqət yetirilib və Ordumuz xeyli güclənib: “Düşmənin təxribatlarına Ordumuzun verdiyi tutarlı cavablar da bunu sübut edir”.

Baş nazir əlavə edib ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi mənzillə təmin edilib.

A.Rəsi-zadə vurğulayıb ki, Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub: “Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyələşməsinə 3.3 milyard manat vəsait ayrılıb. Fərəhləndirici haldır ki, bu gün Azərbaycanda hərbi-sənaye kompleksi müəssisələrində 1000-dən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir”.