YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: IV Bakı Qlobal Forumunun iqtisadi, siyasi və mənəvi əhəmiyyəti var

«Azərbaycan bir neçə ildir ki, müxtəlif mövzularda beynəlxalq tədbirlərin təşkilatçısı rolunda çıxış edir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan regionda sülh, əminamanlıq, əməkdaşlıq məkanına çevrilib və bu məkanda getdikcə daha geniş spektrli, rəngarəng mövzuları əhatə edən beynəlxalq tədbirlər keçirilməkdədir. Həqiqətən də, keçirilən tədbirlər ən müxtəlif mövzuları əhatə edir, buraya idman, siyasət, regional əhəmiyyət kəsb edən məsələlər, o cümlədən dünyanın siyasi gündəmini zəbt edən mövzular daxildir. IV Bakı Qlobal Forumu da  xüsusi əhəmiyyətli tədbirdir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan  müxtəlif səpkili beynəlxalq tədbirlərin ənənəsini yaradan ölkələrdən biri sayılmaqadıdr. Onun sözlərinə görə, Azərbaycan  həm də sivilizasiyalararası dialoqun formalaşmasına xidmət edən ənənələrin yaranmasına, xalqların, dövlətlərin yaxınlaşmasının yeni yollarını düşünən ölkə kimi çıxış edir.

«Hesab edirəm ki, müəyyən müddət keçəcək, bu tədbirlər daha çox ölkələri əhatə edəcək. Dördüncü dəfə keçirilən Bakı Qlobal Forumu bunu açıq şəkildə  göstərir. Prezidentlərin,  baş nazirlərin, keçmiş dövlət başçılarının, siyasətçilərin, alimlərin, ekspertlərin, müxtəlif təbəqələrin nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir dünyanın çox narahat dönəminə təsadüf edir. Hansı ki, dünyanın bir sıra məkanlarında qarşıdurmalarla müşahidə olunan bir şəraitdə bu tədbirin Bakıda keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Azərbaycan çoxsaylı etnik qrupların, dini konfessiyaların nümayəndələrinin uzun illər bir arada qardaşlıq şəraitdə yaşadığı ölkədir. Hazırda multikultural dəyərlərin iflasa uğradığı, bu dəyərlərdən geri çəkilmiş Avropada gedən proseslərin alternativi olaraq ölkəmizdə gedən prosesləri təqdim etmək əslində bir mesajdır. Yəni Avropa cəmiyyətləri də bu dəyərlərə istinad etməlidir. Azərbaycanın bu foruma ev sahibliyi etməsi də bu baxımdan dünyaya mesajdır, çağırışdır. Bizi ayıran dəyərlərə yox, birləşdirən dəyərlərə üstünlük verməliyik. Hesab edirəm ki, IV Bakı Qlobal Forumunun iqtisadi, siyasi və mənəvi əhəmiyyəti var»- deyə, B.Muradova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv