YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabineti ölkədə dini qurumların fəaliyyəti ilə bağlı hesabatını yaydı

2015-ci ildə Azərbaycanda qeyri-müsəlman dini qurumlara ümumilikdə 400 min manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında bildirilir.

Hesabatda qeyd olunur ki, il ərzində 68 müsəlman və 19 qeyri-müsəlman olmaqla, 87 dini icmaya maliyyə vəsaiti ayrılıb.

2015-ci il ərzində 2740 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 169 adda dini ədəbiyyata baxılaraq, onların 5-nin çapı məqsədəuyğun hesab edilməyib.

Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş qurumlardan 620-si islam, 24 isə qeyri-islam təmayüllüdür.

Hesabat dövründə xaricdən qaynaqlanan ideoloji təlimlərin təsiri ilə formalaşan zərərli dini cərəyanların yayılma coğrafiyası, sosial bazası, təbliğat üsulları, eləcə də fəaliyyət metodları istiqamətində təhlillər aparılıb, dövlət maraqları və milli mənafelər üçün mümkün təhdidlərə zəmin yarada biləcək hallar müəyyənləşdirilib, qeyd olunan halların dini qurumlara proyeksiya edilmə cəhdlərinin qarşısı alınıb.

Milli mənəvi dəyərlərimizin qorunması və cəmiyyətdə təbliği, zərərli meyillərin aradan qaldırılması, o cümlədən radikal və ekstremist meyilli dini cərəyan və təriqətlərin fəaliyyətinin qarşısının alınması məqsədilə aidiyyəti qrumlarla birgə qabaqlayıcı, profilaktik və ibnzibati tədbirlər intensiv qaydada həyata keçirilib.

Sayı 300-ə çatan maarifləndirmə tədbirləri keçirilib ki, həmin tədbirlərdə on minlərlə insanın iştirakı təmin edilib.