YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Dövlət Dumasının Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev: Azərbaycan dünyaya təcrübədən qaynaqlanan hörmət ideologiyası təklif edir

Müxtəlif ölkələrin siyasətçiləri, alimləri, ictimai xadimləri Bakıda çoxqütblü dünyanın yaradılması prinsiplərini müzakirə edirlər.

IV Qlobal Bakı Forumu həqiqətən qlobal miqyaslı hadisədir. Hazırda Bakı Forumu müxtəlif ölkələrin siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı fəaliyyəti ilə bağlı ən mürəkkəb məsələləri müzakirə etmək üçün ən nüfuzlu məkanlardan biridir.

Forumun işində iştirak edən Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsi sədrinin müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev əmindir ki, Azərbaycan dünyaya mühüm problemlərin həllini təklif edir. Özü də mücərrəd deyil, tamamilə konkret nümunələr əsasında. O deyib: “Azərbaycan əhalisinin 98 faizi müsəlman olan ölkədir. Amma əhalisinin müsəlman olması Azərbaycanın pravoslav kilsələri tikməsinə, sinaqoqları bərpa etməsinə mane olmur. Azərbaycanda rus dili ikinci dövlət dili kimi təsbit olunmayıb, amma bu fakt Azərbaycana rus dilində təhsili genişləndirməsinə, rus mədəniyyəti ilə maraqlanmasına və millətlərarası ünsiyyət dili kimi rus dilini qayğı ilə qoruyub saxlamasına mane olmur. Gələcək, xalqlar arasında münasibətlərə belə yanaşmadan asılıdır, indi bu, xüsusilə, aydın görünür. Sevindirici haldır ki, hazırda dünya məkanında mühüm rol oynayan Azərbaycan kimi güclü ölkə bu gün çoxqütblü dünya mövzusunda siyasi dialoqun təşəbbüskarı kimi çıxış edir”.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya da hesab edir ki, IV Qlobal Bakı Forumunun əhəmiyyətini qiymətləndirmək çox çətindir: “Rusiya kimi Azərbaycan da qədim tolerantlıq ənənələri olan, multikulturalizm prinsipləri ilə yaşayan çoxmillətli ölkədir. Azərbaycan öz vətəndaşlarının müxtəlif dillərdə danışmaq, müxtəlif dinlərə etiqad etmək hüququnu həmişə tanıyan bir ölkədir. Nəticə göz qabağındadır: Azərbaycanda bu zəmində heç bir münaqişə yoxdur. Bakının bu ideologiyanı dünya birliyinə çatdırmaq missiyasını öz üzərinə götürməsi müasir şəraitdə çox mühüm və zəruri təşəbbüsdür”.