YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar danışıqlar prosesi nəticə verməlidir

«Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar danışıqlar prosesi nəticə verməlidir». Bu fikri Milli Məclisin Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupunun uzun illərdir vasitəçilik missiyası səmərə vermir. Onun sözlərinə görə, bunun da əsas səbəbkarı həmsədrlərdir.

«Çünki həmsədrlər tərəflərə bərabər statusla yanaşır. Amma bu məsələdə beynəlxalq hüquqa istinad olunmalı, işğalçı ilə işğala məruz qalan tərəf adı il əçağırılmalıdır. Amma həmsədrlər bunu etmir. Ona görə də, Ermənistan xoşluqla torpaqları azad etməyəcək. Bugünlərdə amerikalı həmsədr Gürcüstanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklərini bildirdi. Məntiqlə bunu demək olar ki, bu müzakirələr də faydasızdır. Çünki işğalçı dövlətə sayğı ilə yanaşan həmsədrlər yalnız nəticəsiz danışıqlar aparmaqla məşğuldurlar»- deyə, E.Məmmədov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv