Xəbərlər
Bu il ölkədə taxıl istehsalının 2,5 milyon tona çatacağı gözlənilir
Cari ilin əvvəlindən respublikada 300 min hektardan çox taxıl biçilmiş, 633 min tondan çox məhsul yığılmışdır. Hələlik hər hektarın orta məhsuldarlığı təxminən 22 sentner təşkil edir.
Bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev demişdir.
Nazir müavini qeyd etmişdir ki, proqnoza görə, bu il ölkədə taxıl istehsalının 2,5 milyon tona çatacağı gözlənilir.