Xəbərlər
“TURAZ Şahini - 2016” taktiki-uçuş təlimləri başlayıb
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Konyada iki ölkənin Hərbi Hava qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır.
Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edən 3 “MiQ-29” qırıcı, 3 “Su-25” hücum təyyarəsi və şəxsi heyət Konyada yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.
Mərasimdə aviasiya bazasının komandiri, general-leytenant Haluk Şahar çıxış edərək sayca ikinci dəfə keçirilən və böyük əhəmiyyətə malik “TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimlərində iştirak edən hərbi qulluqçulara uğurlar arzulayıb. Sonra qurban kəsilib.
Təlimlər martın 25-dək davam edəcək.