Xəbərlər
Azərbaycanın dəniz nəqliyyatı ilə beş ayda 4,2 milyon ton yük daşınmışdır
Yanvar-may aylarında Azərbaycanın dəniz nəqliyyatı ilə 4,2 milyon ton yük daşınmışdır. Bunun 59 faizini neft, 41 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqə üzrə reallaşmışdır.
Həmin müddətdə dəniz limanlarında 5,3 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmişdir. Bunun 87,4 faizi beynəlxalq tranzit yüklərdən ibarət olmuşdur.